Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Dini-ictimai xadimlərdən Müdafiə Nazirliyinin açıqlamasına etiraz

Dini ritualların hərbidə məhdudlaşdırılması ekstremizmlə mübarizə metodu deyil

Müdafiə Nazirliyi dünən mətbuata açıqlama verərək bildirib ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir. MN rəsmisi eləcə də bildirib ki, “ölkəmizdə din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği də qadağandır”.

İslamazeri.az Müdafiə Nazirliyinin açıqlamasındaki "dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir” cümləsinə dini-ictimai xadimlərdən münasibət alıb.

"El" hərəkatının Ali məclisinin sədri Eldəniz Quliyev bildirib: “Hesab edirəm ki, bu dözülməz məsələdir. Başqa vaxt vətənsevərlik hisslərinin inkişaf etdirilməsindən danışanlar, bu gün bunun əksinə addım atır. Orduda əsgərlərin vətənpərvərlik ruhiyyəsini artırmaq üçün onların inancına hörmət bəsləmək lazımdır. Mən bilmirəm Müdafiə Nazirliyi belə bir açıqlama ilə nəyi nəzərdə tutur. Əgər Müdafiə Nazirliyi inanclı insanlara bu cür münasibət bəsləyirsə ciddi etiraz etmək lazımdır.“

İlahiyyatçı-yazar Oktay Müntəzir: “Sağlam dini inanca malik olan şəxslərin hərbi xidmətdə dini ayinləri icra etməsinə bu qədər maneə yaradılmasını anlamaq olmur. Azərbaycan dünyəvi dövlət olsa da, bunu qəbul etməliyik ki, əhalinin böyük əksəriyyəti dini inanclıdır və müəyyən dini ritualları, ayinləri müəyyən vaxtlarda icra edirlər. Elə götürək Azərbaycan Respublikası prezidentinin inauqurasiya mərasimində müqəddəs Qurana and içməsi, Qurban və Ramazan bayramlarının rəsmi olaraq qeyd edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının öz kökündən, əsrlərə qorunub saxlanılan bir mədəniyyətindən xəbər verir. İslam dini inanclılara bir sıra mənəvi borcları olduğunu aşılayır ki, o borclardan biri istər hərbi xidmət edərkən, istər azad həyat sürərkən, eləcədə səfərbərlik zamanı vətənə sədaqətini göstərməli, canını və qanını xalqın rifahı,torpaqların yağılardan qorunması üçün əsirgəməməlidir. Buna subut olaraq bu gün doğum günü olan Azərbaycanın milli qəhrəmanı Şəhid Mübariz İbrahimovu göstərmək olar. O Şəhidin öz dini inancı, ibadətlərini vaxtı vaxtında etməsi və vətəni necə sevməsi demək olar hamıya məlumdur. Din məhz belə bir rəşadətli, şücaətli və qəhrəman vətən oğulları yetişdirmək qabiliyyətinə malikdir. Azərbaycanın fəxri olmuş Polkovnik Abbasqulu ağa Bakıxanovun gözəl bir zabit və böyük ədib olması ilə yanaşı öz dini inancına və ibadətlərinə necə bağlı olması onun əsərlərində də açıq-aydın görünməkdədir. Hərbi xidmət idarələrində dini ayinlərin qadağan edilməsi əgər zərərli dini cərəyanların artmasının qarşısının alınması addımı kimi göstərilirsə, bu çox yalnış bir addımdır. Bunun üçün müvafiq orqanlar müxtəlif tədbirlər görməli, nəzarət komissiyaları yaradılmalıdır. İnanclıların ordu sıralarında ibadət etmələri döyüş hazırlığına maneə törətdiyi bildirilsədə, bu da çox əsassız bir yanaşmadır. Qardaş ölkə olan Türkiyə ordusunun dünyada necə bir nizam-intizama sahib olması bəllidir. Onların ordu sıralarında xidmət edən zabit və əsgərlərinin dini ayinləri icra etməsində heç bir maneə yoxdur.”

Hərbi ekspert Üzeyir Cəfərov: “Müdafiə Nazirliyi Azərbaycan Konstitusiyasına qarşı çox hörmətsiz bir münasibət sərgiləyir və onların verdiyi açıqlama isə çox uğursuz bir açıqlama idi. Rəsmi dövlət qurumu olan MN bu məsələləri tənzimləməyə borclu olan bir qurumdur. Bu təkcə MN-ə aid olan məsələ deyil, digər güc strukturları da bu məsələni lazımı qaydada tənzimləməli və həll etməlidirlər. Hesab edirəm ki, onlar bu boşluğu tez bir zamanda aradan qaldırmalıdırlar. Müxtəlif bəhanələr gətirməklə guya işlərini bitmiş sayan hərbi komandanlıq əksinə əsgər və zabitlərə çox pis münasibət olmasını dolayısı ilə təsdiq etmiş olur.”


İlahiyyatçı Fərhad Mirzə: "Dini əqidələrin yaşanması insan həyatının hər hansı sahəsində olursa olsun ona məhdudiyyət qoymaq olmaz. Xüsusilə Azərbaycanda ənənəvi dinlərin daşıyıcıları dövlət strukturlarının hansı sahəsində çalışırlarsa çalışsınlar onlara imkan yaradılmalı və bu kimi əməllərə məhdudiyyət qoyulmamalıdır. Əlbəttə ki, hərbidə namaz qılmaq, oruc tutmaq kimi ibadətlər hərbi vəzifələrin yerinə yetirilməsində maneçilik törətmir. Biz özümüz də hərbidə olan zaman ibadət vaxtlarını elə tənzimləyirdik ki, vəzifəmizi icra etməyə mane olmasın. Amma bu məhdudiyyəti ekstremist qüvvələrin hərbidə artmasının qarşısını almaq üçün edirlərsə bu məhdudiyyət o qüvvələrin qarşısını almaq üçün yetərsizdir. Bunun üçün dini məsələlərdən xəbərdar olan ekspertlər komissiyası yaradıb ekstremizmin müəyyən olunub hüquqi yollarla qarşısının alınması üçün qurumlar yaradılmalı və paralel iş aparılmalıdır. Beləcə həm dini durum tənzimlənər, həmdə ekstremizmin qarşısı alınar. İnanclı insanın inancından meydana gələn ibadət hər yerdə yerinə yetirilməlidir, bu məkan tanımır. Yəni mülki həyatda necə inanclı insan üçün Allah varsa hərbidə də vardır. Hərbidə də Allahın insanların boynuna qoyduğu vəzifələr qüvvədən düşmür. Heç bir qanun Allahın qanundan uca ola bilməz. Heç kəsin də Allahın qanunlarını məhdudlaşdırmaq haqqı yoxdur. Bu Allaha qarşı üsyandır."
1672 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28