Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

“Facebook” istifadəçi sayısı ilə Çinin əhalisini keçəcək

Statistikaya əsasən,sosial şəbəkələr arasında ən populyarı "Facebook” keçən ilin axırında istifadəçi sayı ilə dünyanın ən çox əhalisinə sahib ikinci ölkə olan Hindistana çatıb.

2008-ci ildə 150 milyon istifadəçi,2011-ci ildə 900 milyon,2012-ci ildə 1 milyard ,2013-cü ildə isə 1,2 milyard istifadəçiyə sahib olan "Facebook” hal-hazırda internetdəki sosial şəbəkələr arasında rəqib tanımır. Şirkətin hədəfi 1,5 milyard istifadəçi əldə etməkdir. Belə getsə, "Facebook” 2015-ci ildə dünyanın ən çox əhalisinə sahib olan Çini keçəcək.

Mark Zuckerberg adlı Amerikalı gəncin 2004-cü ildə Harvard Universitetindən olan dostları Dastin Moskovits, Eduardo Sovarın və Kris Hyuces ilə birlikdə qurduğu saytın əldə etdiyi uğur inanılmazdır. O, "Facebook"-u quraraq dünyanın ən gənc milyarderinə çevrilib.
1646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02