Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Kılıçdaroğlu azərbaycanlı jurnalistin qovulmasından danışdı

Kamal Kılıçdaroğlu: “Bu saxtakar diktatorun milləti idarə etməsini həzm edə bilmirəm”

Türkiyənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu “Todays Zaman” qəzetinin azərbaycanlı redaktoru Mahir Zeynalovun ölkədən deportasiyasına münasibət bildirib. Jurnalistlərin suallarını cavablandıran K. Kılıçdaroğlu baş nazir Rəcəb Tayyib Ərdoğan haqqında sərt ifadələr işlədib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri bildirib ki, hər siyasətçinin tənqidə ehtiyacı var: “Bir jurnalist “twit” atdı deyə ölkədən çıxarılırsa, bu, həmin qəzetin və jurnalistin gücünü, onu ölkədən çıxaran siyasətçinin isə zəifliyini göstərir. Medianın xalq adından sual vermək hüququ var. Baş nazir özünə yaxın media ordusu formalaşdırmaq istəyir, bu, yolverilməzdir”.

İnternet üzərində nəzarət tətbiq edilməsi barədə qanunu şərh edən partiya lideri deyib ki, heç bir qadağa uzun sürə bilməz: “İstədikləri qadağaları tətbiq etsinlər, millət bu yasaqları qıracaq. Heç bir yasaq sürəkli olmayıb, Kənan Evren cəhd etdi, olmadı. Rütbəsiz diktator yasaq gətirməyə çalışır, bu da olmayacaq”.

Baş nazir Ərdoğanın rəy sorğularının nəticələrinə müdaxilə etməsi ilə bağlı gizli telefon danışıqlarının üzə çıxmasına toxunan K. Kılıçdaroğlu hesab edir ki, bu qədər qalmaqaldan sonra R. T. Ərdoğan baş nazir kreslosunda oturmamalıdır: “Bir baş nazir mediaya, sorğuların nəticələrinə müdaxilə edir. Rəcəb Tayyib Ərdoğan o kresloda oturmamalıdır. Oturursa, deməli, riyakardır. İnsan bir az utanar, özü, oğlu, nazirləri bu işlərin içindədir. Əxlaqsızlığı cəmiyyətdə hökmran etmək istəyən bir baş nazir o kresloda oturmamalıdır. Dünənə qədər diktatordan bəhs edirdim, indi saxtakar bir diktatordan bəhs edirəm. Bu saxtakar diktatorun milləti idarə etməsini həzm edə bilmirəm”.
1515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi