Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2013

Balakəndə bankomat dağıdılıb

Ötən gecə Balakəndə bankomat dağıdılıb. Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Katex kənd sakini Taleh Osmanov Katex kəndi ərazisində quraşdırılmış bankomatın dağıdılması barədə rayon polis şöbəsinə məlumat verib.

Taleh Osmanovun müraciəti əsasında aparılmış araşdırmalar zamanı məlum olub ki, hələlik şəxsiyyəti istintaqa məlum olmayan şəxs və yaxud şəxslər tərəfindən oktyabrın 14-dən 15-ə keçən gecə rayonun Katex kəndi ərazisində quraşdırılmış 740 saylı bankomatın üst hissəsi dağıdılıb. Pul oğurlamaq istəyən şəxs və yaxud şəxslər bankomatın kassası olan hissəsinə müdaxilə edə bilməyiblər.

Hazırda Balakən RPŞ-nin əməkdaşları bankomatdan pul oğurlamaq istəyən şəxs və yaxud şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbiri aparır.
1666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP