Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Amerikalılar XIN-nin nəzakətindən sui-istifadə ediblər

Amerikalılar xarici işlər nazirinin nəzakətindən sui-istifadə ediblər - Tehranın İmam-cüməsi
O, bu gün Tehranda keçirilən cümə namazı xütbələrində, Amerika rəsmilərinin verdikləri son bəyanatlarını kəskin şəkildə tənqid edib

“Amerikalılar nüvə proqramı ilə kifayətlənmir, ballistik raketlər və insan hüquqları məsələsinə də müdaxilə edirlər”.

İnterAz–ın İran mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Tehranın İmam-cüməsi Ayətullah Müvəhhidi Kirmani deyib.

O, bu gün Tehranda keçirilən cümə namazı xütbələrində, Amerika rəsmilərinin verdikləri son bəyanatlarını kəskin şəkildə tənqid edib.

“Amerikalılar İran İslam respublikasının xarici işlər nazirinin təvazökar və ədəb-ərkanlı rəftarından sui-istifadə ediblər. Nazirin nəzakəti nə qədər çox oldusa, onların ədəbsizliyi də bir o qədər də çoxalıb. İlk növbədə nüvə proqramı, indi isə ballistik raketlər, iğtişaşçıların və fitnəkarların azad edilməsi və ya İran terroru müdafiə edir kimi məsələləri ortaya atıblar”.

Bildirək ki, az öncə ABŞ dövlət katibi Con Kerri İrana qarşı sanksiyaların cəmi 5 saat ərzində yenidən bərpasının mümkün olduğunu bildirmişdi. ABŞ XİN-in digər rəsmisi Vendi Şermən isə İranda problemin yalnız nüvə proqramı deyil, insan hüquqları, terrorizmin müdafiəsi kimi məsələlərin də olduğunu bildirmişdi.
1579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:42
İmmunitet