Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

İsrail 14 ildə 1401 uşağı öldürüb

İsrail əsgərlərinin fələstinli uşaqlara qarşı  tətbiq etdiyi öldürücü zorakılıqlara görə heç kim cəzalandırılmayıb.

Elektron İntifada fəallarından Patrik O. Strickland və Nyu Yorklu Raşel Li Riçards, fələstinli uşaqlara qarşı tətbiq dilən sistemli şiddətin göstərn  vizual bir hesabat hazırlayıb.

Bu hesabta görə 2000-ci ildən bəri İsrail ordusu 1401 fələstinli uşağı öldürüb, 8000 uşağı isə həbs edib. 2004-cü ildən bəri 29 fələstinli uşaq canlı qalxan olaraq istifadə edilib. İsrail əsgərlərinin hücumlarının 90 faizindən çoxu haqqında istintaq işi açılmayıb.

“İşğalçı İsrail ordusunun uşaqlara nə etdiyini görsünlər”

Beynəlxalq Uşaqları Qoruma Təşkilatının bildirdiyinə görə bu fotodakı uşaq Musab Sara, 27 oktyabr 2013-cü ildə ailəsi ilə birlikdə yaşadığı Fuvvar Mühacir Düşərgəsində oynayarkən sağ gözünü itirmişdir. Saranın vurulduğu yerin yaxınlığında heç bir yerdə atışma, qarşıdurma olmayıb. Bu foto çəkilərkən Saranın əmisi belə deyir: “Musabın fotosunu çəkin və bütün dünya ilə paylaşın, İsrail ordusunun uşaqlara nə etdiyini hər kəs görsün”.

Strickland və Riçardsın hesabatı, Beynəlxalq Uşaqları Qoruma Təşkilatı və İsrailli İnsan haqları Təşkilatının “Yesh Din” hesabatına əsaslanır.  İsrail əsgərlərinin fələstinli uşaqlara qarşı  tətbiq etdiyi şiddətin demək olar ki heç biri cəzalandırılmayıb.

İsrail təhsil sistemi şiddəti adi halkimi tədris edir. İsrail təhsil sistemi, kitablarında fələstinliləri“mühacirlər, ibtidai əkinçilər və teroristlər” olaraq üç qrupa ayırır. Eyni kitablarda, İsrailin quruluşu üçün fələstinlilərin öldürülməsinin əxlaqa uyğun olduğu bildirilir./bugun.az/

1671 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı