Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Türk kəşfiyyatının öldürdüyü Kəmaləddin kimdir?

«Kurtlar Vadisi Pusu»da «fövqəlnazir»in obrazı canlandırılıb?

“Kurtlar Vadisi Pusu” serialında Kəmaləddin obrazı Azərbaycanda müzakirə mövzusudur. Serialın 213-cü bölümündə Polat Ələmdar Kara adlı məxfi əməliyyatçını Azərbaycana göndərir. Karanın missiyası Azərbaycanda “İxtiyarlar”ın nümayəndəsini qətlə yetirəni və bunun sifarişçisini tapmaqdır.
Burada Karaya deyilir ki, “İxtiyarlar”ın nümayəndəsini Rusiya mafiyasına onların Azərbaycandakı adamı Kəmaləddin adlı şəxs satıb. Karaya məlumat verən Bəxtiyar adlı şəxs Kəmaləddinin qara kürü biznesi ilə məşğul olduğu və üzərində nərə balığına oxşar işarənin olduğu bıçaqdan istifadə etdiyini də deyir. Kara da Kəmallədininin axtarışına çıxır.
Bu bölümdən sonra belə mülahizələr irəli sürüldü ki, Kəmaləddin obrazı fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Bu mülahizələri irəli sürənlər “Kurtlar Vadisi Pusu”dakı Kəmaləddinin kürü və balıq biznesi ilə məşğul olduğunu əsas gətirirdilər. Azərbaycanda ən iri balıq zavodu olan “Caspian Fiş” Kəmaləddin Heydərova məxsusdur.
Serialın növbəti bölümündə isə Kəmaləddin obrazı daha da aydınlaşır. Həmin bölümdə Kara Kəmaləddini öldürməyə gəlir. Hadisələrin baş verdiyi ərazi Qəbələ-İsmayıllı zonasının relyefinə bənzəyir. Karanın əməliyyatı planlamaq üçün durduğu nöqtəyə əlavə qüvvə gətirən avtomobil Azərbaycan seriya və nömrəsi ilə göstərilir. Bundan başqa bəlli olur ki, Kəmaləddin özünə məxsus “Limonad su zavodu”ndadır. Bəxtiyar orada Kəmaləddinin otağında əli bağlı saxlanılır. Kara və adamları həmin zavoda basqın edir. Kəmaləddinin arxalandığı rus mafiyası ona kömək etməyə tələsmir. Bu bölümdə Kəmaləddin öldürülür.
Azərbaycanda məşhur olan “Jalə” şirələrinin fövqəladə hallar naziri Kəmaldəddin Heydərova məxsus olduğu sirr deyil. Bu şirələr Qəbələdəki “Meyvə şirələri” zavodunda istehsal olunur.
Bütün bunlar “Kurtlar Vadisi Pusu”dakı Kəmaləddinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun obrazı olması barədə ehtimalları möhkəmləndirir.
Hər dəfə serialda “Kurtlar Vadisi Pusu”dakı hadisələrin uydurma olduğu xatırladılsa da, Türkiyənin siyasi gündəmini izləyənlər bunun əksini düşünür. Onların fikrincə, bu serial vasitəsilə Türkiyə hakimiyyəti cəmiyyətə və lazımi ünvanlara siyasi mesajlar ötürür.
Kəmaləddin Heydərovun “Kurtlar Vadisi Pusu”da “vurulması”nın səbəbi isə dəqiq bəlli deyil - əlbəttə, əgər müəlliflər serialdakı Kəmaləddini onun prototipi kimi nəzərdə tutublarsa...
1681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı