Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Rusiya ABŞ-ı gizli səs yazısı ilə “vurdu”

Dövlət katibinin müavini ilə səfirin Ukrayna söhbətini yaydılar; ABŞ bunu “alçaqlıq” adlandırdı

İnternetdə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və ABŞ-ın Ukraynadakı səfiri Cefferi Payet arasında olan telefon danışığının səs yazısı yayılıb.
Səs yazısında dövlət katibinin müavini ilə səfir Ukraynadakı vəziyyət barədə danışır, ukraynalı müxalifət liderləri haqda fikir mübadiləsi aparır. Söhbət zamanı Nuland Ukraynadakı vəziyyətin tənzimlənməsi işinə BMT-ni də cəlb etmək istədiklərini və bunun Avropa İttifaqına “dərs olacağını” deyir. 4 dəqiqədən çox çəkən səs yazısı şəkillərlə videoformatda və rus dilində subtitrlərlə YouTube portalında yerləşdirilib.
Dövlət Departamenti telefon danışığının dinlənilməsini və internetdə yerləşdirilməsini Rusiyanın əməli adlandırıb. Departamentin rəsmi nümayəndəsi Ceyn Psaki bununla bağlı bəyan edib: “Bu, Rusiyanın nəşr metodlarının növbəti alçaq nöqtəsidir. Mənim YouTube-də yerləşdirilmiş həmin video ilə bağlı müstəqil mənbədən əldə edilmiş məlumatlarım yoxdur. Lakin Rusiya tərəfi bunu fəal şəkildə reklam edir, çap edir, Twitter-də yayır və biz bunu yeni alçaq nöqtə olaraq görürük” .
Psaki bildirib ki, yüksək rütbəli diplomatların telefon danışığı haqda ilk dəfə Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin tvit yayıb. Bu da həmin telefon danışığının məhz Rusiya tərəfindən dinlənildiyinə və yayıldığına dəlalət edir. Dövlət Departamentinin rəsmisi deyib ki, Viktoriya Nuland hazırda Kiyevdədir, prezident Viktor Yanukoviçlə danışıqlar aparır və Avropa İttifaqının təmsilçiləri ilə əlaqə saxlayaraq üzrxahlıq edib.
Ağ Evin rəsmi nümayəndəsi Cey Karni də telefon danışıqlarının yayılmasında Rusiyanın rolununun olduğunu bildirib. O, deyib ki, rolik internetdə yerləşdirilməzdən yeddi saat əvvəl Roqozin bu barədə tvit yayıb. Həmçinin rolik rus dilində subtirtlərlə müşaiyət olunur və bu da onun internetə hansı mənbə tərəfindən yerləşdirildiyini təxmin etməyə əsas verir.
1703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı