Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

“Məni öldürmək istəyirlər”

Sabiq nazir Əli İnsanov: “Məni öldürmək istəyirlər”

Prosesdə 8 şahid dindirilib. Hesablama Palatasının, Əmlak Məsələləri Dövlət Komitəsinin və Maliyyə Nazirliyinin işçiləri prosesdə şahid qismində ifadə veriblər.


Keçən gün Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun şikayətinə baxılıb.
Əli İnsanov məhkəmə zalında ötən dəfə olduğu kimi bu dəfə də şüşə qəfəs arxasında əyləşdirilib.
Əli İnsanov prosesdəki çıxışı zamanı deyib ki, hakimiyyət əli-qolu bağlı insandan da qorxur. Sabiq nazirin çıxışı zamanı mikrofonun səsi azaldılıb, nəticədə onu eşitmək mümkün olmayıb.
Prosesdə 8 şahid dindirilib. Hesablama Palatasının, Əmlak Məsələləri Dövlət Komitəsinin və Maliyyə Nazirliyinin işçiləri prosesdə şahid qismində ifadə veriblər.
Sabiq nazirin vəkili isə səhiyyə naziri Oqtay Şirəliyevin və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun məhkəməyə çağırılması ilə bağlı vəsatət qaldırıb. Hakim vəsatətləri təmin etməyib.
Ə.İnsanov isə bildirib ki, onu öldürməyə çalışırlar: “Mən nə dövlət çevrilişinə cəhd etməmişəm, nə də korrupsiya ilə məşğul olmamışam. Bunların hamısı qondarma ittihamlardır”.
Məhkəmə prosesi fevralın 14-dək təxirə salınıb.
1573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber