Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Əhali verilən kompensasiyaya etiraz edir

"Sovetski"də on minlərlə evin söküntüsünə başlanılır: Əhali isə verilən kompensasiyaya etiraz edir

Bakının qədim məhəllələrindən sayılan “Sovetski”nin söküntüsünə başlanılıb. Mərhələli şəkildə aparılan söküntü işləri ilkin olaraq metronun “Nizami” stansiyasından Statistika İdarəsinə qədər olan hissədəki evləri əhatə edir.

İlkin mərhələdə söküləcək küçələr isə bunlardır:
- Bəşir Səfəroğlu küçəsi
- Çingiz Mustafayev küçəsi
- Vidadi küçəsi
- Mirzağa Əliyev küçəsi (qalan evlər)
- Murtuza Muxtarov küçəsi
- Abdulla Şaiq küçəsi
- Zərgərpalan küçəsi
Söküləcək məhəllələr indidən ayrı-ayrı tikinti şirkətinə satılıb. Ərazinin bir hissəsində yeraltı dayanacağı olan parkın salınması gözlənilir.

“Deyerler.org”un əməkdaşları “Sovetski” adlanan ərazidə olublar. Onlar sakinlərlə görüşüb, evlərinin sökülmlərinə münasibətlərini və həmçinin onlara veriləcək kompensasiyanın məbləğinə münasibətlərini öyrəniblər:

Sakinlər alqı-satqı məsələlərinin Yasamal Rayon İcra Hakimiyyətində aparıldığını bildirsələr də,Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşı Fərid Məmmədov Deyerler.org-a bildirib ki, sökülən ərazilərdə yaşayan əhaliyə yasamal rayon İcra hakimiyyətində heç bir pul ödənilmir: “Mən həmin komissiyanın məsul katibiyəm. Onları heç kəs İcra Hakimiyyətinə çağıra bilməz. Bu məsələ ilə bağlı mənzil kommunal təsərrüfat birliyi məşğul olur. İcra hakimiyyətinin heç bir söküntü, köçürülmə məsələlərinə aidiyyatı yoxdur”.
1637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59