Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Merkel Ərdoğanı Ermənistanla sərhədi açmağa çağırdı

Almaniya kansleri Anqela Merkel Türkiyədən Ermənistanla sərhədi açmasını istəyib. A. Merkel Türkiyədən qondarma erməni soyqırımını tanımasını istəyib.

Hürriyet-in verdiyi məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşündə kansler ermənilərin çətin vəziyyətdə olduğuna diqqət çəkib. "Ermənistandakı ermənilərlə dünyanın müxtəlif yerlərinə səpələnmiş erməniləri eyni tutmaq olmaz. Ermənistandakı ermənilərin durumu acınaqlıdır. Türkiyə Ermənistanla sərhədi açmalıdır. Türkiyənin tarixi ilə üzləşməsi lazımdır", - deyə Anqela Merkel bildirib.

Ərdoğan isə "bizə etmədiyimiz bir şeyi necə qəbul etdirə bilərsiniz?" deyə cavab verib. "Biz bütün tarixçilərə arxivlərimizi açdıq. Bütün dünyaya səsləndik. Gəlin araşdırın dedik. Amma heç kim gəlmədi Türkiyəyə haqsızlıq etməyin", - deyə Ərdoğan bildirib.
1762 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22