Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Avropa Parlamentindən repressiyalarla bağlı Bakıya məktub - Foto

Leyla Yunusun sorğusu əsasında göndərilən məktubda 3 siyasi məhbusun və «Azadlıq»ın məsələsindən söz açılıb

Avropa Parlamentinin üzvü Qraham Vatson Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun sorğusuna cavab verib. Leyla Yunusun «Azadlıq»a verdiyi məlumata görə, ötən ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkilərindən sonra ölkədə vətəndaş cəmiyyətinin, medianın və məhbusların durumu barədə Avropa Şurasına ünvanlandığı suallara cavab aşağıdakı şəkildə olub: “2013-cü il oktyabr ayında Azərbaycanda prezident seçkilərinin keçirildiyi vaxt Avropa Şurasının nümayəndələri bir neçə müxalifət fəalına, vətəndaş cəmiyyətinə, müstəqil media qarşı hədə qorxu, şübhəli həbslər, beynəlxalq standartlara və insan haqlarına hörmət olunmayan cəza vasitəsi ilə təzyiqlərin davam etməsi barədə açıqlama verdilər.

Seçkilərdən sonra hakimiyyət “Azadlıq” qəzetinə bir çox cərimələr tətbiq edildi və bank hesablarına məhdudiyyət qoyuldu.

3 məhkum vicdan məhbusudur: bloqer Rəşad Ramazanov (9 il), “Nota” qəzetinin redaktoru Sərdar Əlibəyli (4 il) və ruhani Tale Bağırzadə (2 il).

Əlavə olaraq, biz Ağır Cinayətlər üzrə İstintaq İdarəsində Seçkilərin Monitorinqi və Demokratik Araşdırmalar mərkəzinə qarşı istintaqın başlanmasını müşahidə etmişik. QHT-yə (SMDAM) vergidən yayınma və vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülür. SMDAM prezident seçkiləri zamanı bir çox məntəqədə saxtalaşdırmasını qeydə almışdı.”

L.Yunus indiyə qədər bütün illərdə beynəlxalq təşkilatlar siyasi məhbus siyahısını onlar tərəfindən verilən rəylərə əsasən hazırlandığını da deyib: ”Sonuncu dəfə Kristoffer Ştrasser tərəfindən hazırlanan qətnamədə də bizim siyahıda olan bütün siyahı məhbuslar yer almışdı. İndi də digər deputatlarla əlaqə saxlayırıq və onlar da bizimlə işləməkdə maraqlıdırlar. Hazırda 135 nəfərdən ibarət siyahıdakı siyasi məhbuslarla bağlı bütün məlumatlar ingilis dilində hazırlanaraq, AŞPA-ya və Avropa Parlamentinə göndəriləcək».

Sülh və Demokratiya İnstitutunun direktoru

ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi təşkilatlarla, ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq etdiyini də qeyd etdi: «Siyasi məhbus, vicdan məhbusların sayı ilə bağlı Azərbaycanda müxtəlif təşkilatlar tərəfindən heç vaxt vahid siyahı hazırlanmayıb. Bununla belə Azərbaycanda siyasi məhbuslarla bağlı ilk məruzəçi Klefr Fitin qətnaməsini bizim 716 nəfərlik siyahı əsasında tərtib etmişdi».

L.Yunus məhz onun göndərdiyi məktub əsasında Avropa Birliyinin xarici siyasət üzrə ali komissari Ketrin Eştona sorğu göndərildiyini də vurğuladı: «Avropa Parlamentində liberal-demokratların lideri Qraham Vatson Avropa Birliyinin xarici siyasət üzrə ali komissari Ketrin Eştona sorğu göndərib. Sorğuda bildirilir ki, Rəşad Ramazanovun, Sərdar Əlibəylinin və Taleh Bağırzadəni vicdan məhbusu hesab edirik. Bu istinamətdə hansı addımlar atırsınız? Eyni zamanda Anar Məmmədli ətrafında situasiya bizi çox narahat edir. 2014-cü ilin yanvarın 30-da Eşton bu sorğuya cavab verib. Məktubda deyilir ki, biz Azərbaycandakı situasiyanın inkişafını diqqətlə izləyirik. Azərbaycanda insan hüquqlarının, demokratiyanın, qanunvericiliyin pozulmasından narahatçılıq keçiririk. Bunu mütləq 2014-cü ilin martında dərc ediləcək «Avropa qonşuluq siyasətinə» dair növbəti hesabatımızda əks etdirəcəyik. Eşton Anar Məmmədli ilə bağlı situasiyadan narahat olduqlarını da deyib. Bununla bağlı Ştefan Füle ilə birgə dekabr ayında bəyanat verdiklərini xatırladır».

L.Yunus əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların hamısının məhz onu məktubları əsasında müxtəlif sorğular göndərdiyini də qeyd etdi: «

Hollandiyanın xarici işlər nazirliyinin nümayəndələri ilə bu barədə söhbətim olub. Onlar mənə dedi ki, göndərdiyiniz bütün bu materialları Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə növbəti sədrlik məsələsinn müzakirəsi zamanı istifadə edəcəyik. Bütün bunlar bizim göndərdiyimiz siyahıların necə işlədiyini göstərir».

Xatırladaq ki, bir neçə gün əvvəl Leyla Yunusun açıqladığı siyasi məhbus siyahısı hakimiyyət təərfindən ciddi narazılıqla qarşılanıb.


1722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı