Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Gəncədə vəzifəli şəxsin oğlu bıçaqlandı

Ötən gecə saat 01 radələrində Gəncədə 25 yaşlı gənc bıçaqlanıb. Gəncə Şəhər Baş Polis İdarəsindən ans-ə verilən məlumata görə, bıçaqlanan Gəncə sakini İlqar Namiq oğlu Həsənov Gəncə şəhər Təcili Tibbi Yardım Xidmətinə üzərində bıçaq xəsarətləri ilə, yaralı halda daxil olub. Onu arxadan ürək nahiyəsindən vurublar. Bıçaq zərbəsi güclü olduğu üçün qabaqdan qarnı tərəfindən çıxıb. Gənc dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.

Hazırda İlqar Həsənov reanimasiya şöbəsində, həkim nəzarətindədir. Gəncə polisindən verilən məlumata görə, gənc gecə tanışları ilə birlikdə yeyib-içdikdən sonra bıçaqlanıb. Hazırda faktla bağlı bir neçə şəxs şübhəli qismində nəzarətdədir.

Bıçaqlanan şəxs “Gəncə-Avtovağzal” ASC-nin sədri Namiq Həsənovun oğludurdur.

Oğlunun bıçaqlanması ilə əlaqədar Namiq Həsənov hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini deyib. Onun sözlərinə görə, oğlu dalaşan dostunu ayırmaq istəyərkən bıçaqlanıb.

“Əsgər yoldaşı bir neçə şəxs tərəfindən döyülüb. İlqar da onu ayırmaq istəyib. Bu zaman təsadüfən onu vurublar. Hazırda oğlumun vəziyyəti yaxşıdır, heç bir problem yoxdu”, - deyə Namiq Həsənov vurğulayıb.
1608 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP<