Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Bakıda ev uçdu: uşaq dağıntılar altında qaldı

“Sabunçu rayonu ərazisində fərdi yaşayış evinin uçması ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili yardıma çağırış gəlmişdi”. Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. O qeyd edib ki, təcili yardım hadisə yerinə çatana qədər dağıntı altında qalan az yaşlı uşaq xilas edilib: “Uşağın vəziyyəti yaxşıdır. Bizə dedilər ki, təcili yardıma artıq ehtiyac yoxdur, xəsarət alan olmayıb. Uşağın vəziyyəti də yaxşıdır”./ans/
1489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP<