Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

İran hərbi gəmilərini ABŞ sahillərinə göndərdi

İranın Hərbi-Dəniz Qüvvələrinin (HDQ) komandanlığı bu gün bəyan edib ki, bu ölkə öz hərbi gəmilərini ABŞ-ın dəniuz sahillərinə göndərib.

“Fars” agentliyi bildirir ki, bu bəyanatla İran HDQ-nin şimal donanmasının komandanı, admiral Rizayi Həddad çıxış edib.

“İran HDQ-nin gəmiləri Cənubi Afrika sahillərindən keçməklə artıq Atlantik okeana doğru hərəkət etməyə başlayıblar. İran hərbi donanması ABŞ-ın dəniz sərhədlərinə yaxınlaşır. Bu manevr ABŞ-a ismarışdır” - deyə admiral bildirib.

Qeyd edək ki, rəsmi Tehran Vaşinqtonla nüvə proqramının icrasının dayandırılmasına dair anlaşma əldə etsə də ABŞ-İran münasibətləri hələ də gərgin olaraq qalır. İran HDQ komandanlığı İran hərbi gəmilərinin Atlantik okeana göndəriləcəyinə dair planın mövcudluğunu əvvəllər də dəfələrlə bəyan edib. “Fars” agentliyi bildirir ki, “İran ABŞ hərbi donanmasının Fars körfəzində güclənməsinə bu yolla cavab verir”./virtual/
1543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı