Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Bərdədə yanan evdə Qurani-Kərimə ziyan belə dəymədi

Hadisəyə səbəb elektrik naqillərindəki qısa qapanma olub

Hadisə rayonun Qaradəmirçi kəndində baş verib. Yanğın kənd sakini Çingiz Əliyevə məxsus iki mərtəbəli yaşayış evində qeydə alınıb. Ümumi sahəsi 154 kv.m olan ikimərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsində baş verən yanğında ev tamamilə yanıb.

Evin yanar konnstruksiyaları və evdəki əşyalar tamamilə yanaraq kül olsa da, evdə olan üç Qurani–Kərim kitabı yanmayıb. Baş verən yanğından əsəblərini cilovlaya bilməyən ev sahibinin qohumları isə hadisə yerinə gələn kənd bələdiyyəsi və kənd sovet sədri ilə dalaşıb.

Yanğın baş verən zaman ev sakinləri evdə yatılı olsalar da səsə ayılaraq vaxtında evdən çıxıblar. Gülay Əliyeva isə əl və ayaq nahiyyələrindən yanıq xəsarətləri alıb.

Dərhal hadisə yerinə FHN–nin yanğınsöndürənlər briqadasının iki maşını və əməkdaşları cəlb olunub. Yanğın söndürülüb və alovun başqa otaqlara keçməsinin qarşısı alınıb. Hadisəyə səbəb elektrik naqillərindəki qısa qapanma olub. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır./interaztv.com/
1580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP