Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Gəncədə 20 yaşlı ofisiant qızı bıçaqlayıb öldürdülər

Bu gün günorta saat 12:00 radələrində Gəncə şəhərində çay evlərinin birində bıçaqlanma hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə zamanı 20 yaşlı şəhər sakini Aytac Əzimi çoxsaylı bıçaq zərbələri alıb.

Yaralı dərhal xəstəxayana yerləşdirilərək əməliyyat edilib. Lakin həkimlərin səyinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Gəncə polisi 20 yaşlı qıza bıçaq zərbələri endirən şəxsi axtarır.

Qeyd edək ki, A.Əzimi həmin çay evində ofisiant işləyirmiş.
1668 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.03.17, 10:31
Ac qarına yaşayan əhali
Go to TOP