Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

CHP lideri Ərdoğanı qorxaqlıqda ittiham etdi

Türkiyənin ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıçdaroğlu "Todays Zaman" qəzetinin azərbaycan əsilli jurnalisti Mahir Zeynalovun ölkədən deportasiya olunmasına münasibət bildirib. "Turan"ın məlumatına görə, bu xəbəri "Cahan" agentliyi yayıb.

"Baş nazir bəyənmədiyi bir tvit-ə görə jurnalisti deportasiya edirsə, bu, həmin jurnalistin cəsarəti, onu ölkədən çıxaran siyasətçinin qorxaqlığıdır", deyə CHP lideri hadisəyə münasibət ifadə edib.

K.Kılıçdaroğlu siyasətçilərin tərifə yox, daha çox tənqidə ehtiyacları olduğunu ön çəkib. Tənqiddən nəticə çıxarmayan siyasətçinin ölkəni sağlam idarə edə bilməsinin sual altına düşdüyünü iddia edib.

"Bununla bitmir, deportasiya olunan jurnalist daha tvit yazmayacaq? Əlbəttə yazacaq və insanlar da onu oxuyacaq", deyə K.Kılıçdaroğlu qənaətini bildirib.

Türkiyə mətbuatı azərbaycanlı jurnalist M.Zeynalovun ölkədən deportasiyasına səbəb kimi "türk prokurorlar polisə "Əl-Qaidə" terror təşkilatı ilə əlaqəli şəxslərin saxlanması əmri verib, Ərdoğanın təyin etdiyi polis rəisləri isə əmri yerinə yetirməkdən imtina edib", tvit-ini paylaşmasını göstərir.
1666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP