Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Əli İnsanov məhkəmədə İ. Əliyevin adını hallandırdı

Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun işi üzrə proses davam edib.

Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli məhkəmə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Ali Məhkəmə Plenumu onun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

“Azadlıq” radiosunun məlumatına görə, bu gün prosesdə şahid ifadələri dinlənib. Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı İlham Pənahov şahid ifadəsi verib. Onun ifadəsinə cavab olaraq Əli İnsanov bildirib ki, nazir olduğu dönəmdə cəmi 59 obyekt özəlləşdirilib. Sabiq nazirin sözlərinə görə, özəlləşdirilən obyektlərin çoxu balaca, xırda obyektlər olub və onları da kasıblar özəlləşdirib: “Yerdə qalan obyektləri prezident İlham Əliyevin ailəsi özəlləşdirib. Özəlləşdirmə gedişində dövlət büdcəsinə yarım milyard pul keçirilib. Bəs 30 milyard hara, kimin cibinə gedib? Mənim işçim rüşvət alıbsa, məni həbs ediblər, mən rüşvət almışamsa, bəs niyə İlham Əliyevi tutmurlar?”

Prosesdə digər şahid ifadələri də dinlənib. Əli İnsanov şahid ifadələrinin yalan olduğunu bildirib.

Məhkəmə fevralın 14-də davam edəcək.
1593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı