Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Rəsmi Tehranın sözçüsü ABŞ-ı hədələdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm fevralın 7-də jurnalistlərə açıqlamasında ölkəyə yeni sanksiya qoyduğu üçün ABŞ-ı hədələyib. Mərziyə Əfxəm deyib ki, İranla Qərb arasında danışıqlar davam etdiyi bir vaxtda ölkəyə yeni sanksiya qoyulması qəbuledilməzdir: “ABŞ-ın bu addımı məğlubiyyətə uğrayacaq, İranın cavab addımına gətirib çıxaracaq. Yeni nüvə danışıqları ərəfəsində belə bir addım atılması ABŞ-ın İrana qarşı xoş niyyətdə olmadığını göstərir”.

Fevralın 6-da ABŞ-ın Maliyyə Nazirliyi beynəlxalq sanksiyalardan yayınaraq İran hökumətinə yardım edən bir sıra şəxslərə və şirkətlərə sanksiya qoyub. Nazirliyin bununla bağlı qəbul etdiyi bəyanatda sanksiyaya məruz qoyulanların adları açıqlanmasa da, bildirilir ki, onlar İrana yardım göstərdiklərinə görə cəzalandırılır və onların bundan sonra ABŞ maliyyə sistemi ilə əlaqə saxlamasına imkan verilməyəcək.

Vaşinqton bildirib ki, Türkiyə, İspaniya, Almaniya, Gürcüstan, Əfqanıstan, İran, Lixtenşteyn və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən həmin adamlar və şirkətlər beynəlxalq sanksiyalara baxmayaraq İrana neft satışında və hərbi texnologiya daşınmasında yardımçı olublar./mediaforum/
1557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı