Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Dindarlar bu gün də Hacı Abgülün olduğu CÇM-ə gedib (Foto)

Bu barədə İslamazeri.az-ın redaksiyasına məlumat daxil olub

Mübariz ruhani Hacı Abgül Süleymanov "krıtı"-ya köçürülən gündən inanclılar CÇM-ə, ruhaniyə baş çəkməyə gedirlər.

Hacı Agbül Süleymanovun 13 saylı CÇM-dən penitensiar xidmətin 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməsindən narahat olan dindarlar mütəmadi olaraq Hacı Abgülün vəziyyəti ilə maraqlanmaq üçün Qaradağa gedirlər.

Daxil olan məlumatda bildirilir ki, 8 saylı xüsusi rejimli cəza çəkmə müəssisəsinə gedənlər rəis müavini ilə görüşüblər. Rəis müavini dindarlardan soruşub ki, "Sizə nə olub ki, hər gün bu qədər adam bura gəlir?". Dindarlar rəis müavininə belə cavab veriblər: "Alimimizə görə narahatıq. Onu görmək istəyirik". Rəis müavini deyib: "Mən sizə əminliklə deyirəm ki, yeri yaxşıdır. Görüş verə bilmərik. Görüş yalnız ailəsinə, yaxın qohumlarına verilir. O da 3 aydan bir. Hacıya görə narahat olmayın."
1562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13
İranın