Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2014

İstanbul yenə də qarışdı

İstanbulda polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib
İstanbulun Taksim meydanında polis internetə nəzarətin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinə etiraz edən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

İstanbulun Taksim meydanında təşkil olunan aksiyada yüzlərlə etirazçı iştirak edib. Etirazçılar asayiş keşikçilərinə daş və fişəng atıb, polis isə aksiyanı daqıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Bir neçə nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, etiraz aksiyası internet istifadəçilərinə qarşı nəzarətin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin əleyhinə təşkil olunub. Qanun layihəsinin tezliklə prezident tərəfindən imzalanacağı gözlənilir. Hüquq müdafiəçiləri hesab edirlər ki, bu cür məhdudiyyətlər Türkiyədə əsas hüquq və azadlıqları təhlükə altına atır./apa/
1491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber