Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2014

Mədinədə oteldə partlayış baş verib - ölənlər var

Mədinədə oteldə baş vermiş yanğın nəticəsində 15 zəvvar ölüb, 100-dən çox insan xəsarət alıb
Səudiyyə Ərəbistanının Mədinə şəhərində oteldə baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

“İTAR-TASS”ın verdiyi xəbərə görə, ölənlərin hamısı Səudiyyə Ərəbistanına ümrə həccinə gələn zəvvarlardır.

Məlumata görə, ölənlərin əksəriyyəti Misir vətəndaşlarıdır. Yaralıların çoxunun vəziyyəti ağırdır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Sky News Arabia telekanalının məlumatına görə, alov artıq yuxarı mərtəbələrə keçib. Binada hələ də köməyə ehtiyacı olan insanların qaldığı bildirilir./apa/
1473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı