Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2014

Pərviz Həşimli haqda cinayət işində Şeyxin məktubu

Allahşükür Paşazadə MTH şefindən nə istəyib?

Hazırda həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli haqqında cinayət işinin materialları arasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin məktubu da var. Bu barədə Pərviz Həşimlinin vəkili Elçin Sadıqov "facebook" səhifəsində məlumat yayıb.
Qeyd edək ki, Pərviz Həşimlinin işi üzrə ibtidai istintaq artıq başa çatıb, hazırda vəkillər cinayət işinin materialları ilə tanış olur. Cinayət işi yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
İş materiallarını gözdən keçirən vəkil Elçin Sadıqov əmindir ki, Pərviz Həşimliyə qarşı ittihamların qondarma olduğunu, jurnalistin təqsirsizliyini məhkəmədə sübut edəcəklər:
"Bu gün Pərviz Həşimliyə qarşı irəli sürülmüş qondarma ittiham üzrə cinayət işinin materialları ilə tanış oldum. Pərviz Həşimlinin təqsirsiz olmasını məhkəmə tam sübut edəcəyik. Müdafiəmiz üçün hələ çox şeyləri açıqlaya bilmərik.
Əlavə olaraq qeyd edim ki, Pərviz Həşimlinin üzünə duran Təvəkkül Qurbanov Yasamal rayon Məhkəməsinin 28 iyun 2012-ci il tarixli hökmü ilə (hakim: Sərdar Mehrəliyev) CM-nin 213-1.2.1-ci maddəsilə (Maddə 213-1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib. Hökmə görə, o, Rusiya Federasiyasından 46000 (qırx altı min) manatlıq spirtli içkiləri gətirərərək, yaxın dostu Əlihüseyn Rzaquliyevin evində saxlayaraq topdan satışı ilə məşğul olub (Hüseynlə Rza sizcə təsadüfidirmi?!). Həmin maddənin sanksiyasında beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu halda, Təvəkkül Qurbanova niyə cərimə cəzası verilib?
Cinayət işi ilə tanış olarkən orada QMİ-nin sədri Hacı Allahşükür Paşazadənin məktubu da var idi. Hacı Pərvizin atası Kamran kişinin müraciətinə əsasən, Milli təhlükəsizlik naziri Eldar Mahmudovdan xahiş etmişdi ki, Pərviz Həşimlinin hüquqlarının müdafiəsinə kömək etsin.
Pərviz bildirdi ki, Hacı Allahşükür Paşazadəyə öz dərin minnətdarlığını bildirir".
1613 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55