Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2014

09 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 09-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin fevralın 08-dən 09-na keçən gecə yarımadanın bəzi yerlərində yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.
Gündüz mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-3, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Fevralın 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində az yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
1862 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP