Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2014

Ağcabədinin QARA günü - Sakinlər işıq axtarışında

Fevralın 8-i səhər saatlarından başlayaraq, Ağcabədidə elektrik enerjisinin verlişi tamamilə dayandırılıb. Müvafiq qurumların problemi aradan qaldırmaq üçün dərhal tədbir görməməsi isə əhalinin narazılığına səbəb olub.

Ağcabədi rayonundan verilən məlumata görə, hazırda hətta polis idarəsi və icra hakimiyyəti binasın da qaranlığa qalıb: “Ehtimal ki, rayondakı elektrik stansiyasında ciddi problem var. Transformatorların partladığı deyilir. Ancaq əhali vaxtaşırı olaraq belə problemlə üzləşdiklərindən, hətta rayondakı ən strateji yerlərdə elektrik enerjisinin olmadığı xəbəri də onları sakitləşdirmir. Hamı işıq tələb edir”.

İşıq problemi aradan qalxmasa, sabah əhalinin Prezident Administrasiyasına şikayət edəcəyi gözlənilir: “Əhali rayon rəhbərliyindən Prezidentin tapşırığına əməl etməyi tələb edir. Cənab Prezident son çıxışında “xalqın xidmətçisi olun” deyə məmurlarına tapşırıq verdi. Əhali hesab edir ki, icra başçısı bu deyilənlərdən nəticə çıxarmır”./axar/
1689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 0