Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2013

Bu gün şeytan daşlanacaq

Həcc ziyarətində olan zəvvarlar bu gün şeytanı daşlayacaqlar
Hicri-qəməri tarixi ilə zilhiccənin 10-u “Böyük-Həcc” günü adlandırılıb.

SalamNews xəbər verir ki, bu gün zilhiccənin 10-u Qurban bayramı günüdür. Bu gündə Məkkəyə həcc ziyarətinə gedən zəvvarlar qurban kəsməkdən əlavə, şeytanı da daşlayırlar. Bu gün Məkkədə olan hər zəvvar ilahi əməlini Minada şeytanı daşlamaqla başlayır. Şeytanın daşlanması zamanı insanda yaranan vicdani hisslər onun şeytansifət olub olmamasını önə çəkir və insanda ruhən mənəvi inqilab baş verir. Bu ilahi əməldən sonra hacı həmin Minada öz əmlakının halal hissəsindən qurban kəsməlidir.

Hacılar bu gün digər bir əməli yerinə yetirməlidirlər. Bu əməlin az zaman almasına və zəhmət tələb etməsinə baxmayaraq, böyük mənaya malikdir. Bu əməl baş qırxmaq və ya saçlarını az da olsa kəsdirməkdən ibarətdir. Hacı bu addımla, həyatın zahiri gözəlliklərini Allaha görə tərk etdiyini və onun düşgünü olmadığını göstərir.
1705 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP