Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2014

Xalq Binə bazarında, “xidmətçilər” Soçi olimpiadasında

Soçidə keçirilən Qış olimpiadasına Ictimai televiziyada baxmayın, Rusiya telekanallarında baxın. Olimpiadanın gözəlliyini, böyük Rusiyaya gətirdiyi sevinci onda görəcəksiniz. Onda biləcəksiniz ki, möhtəşəmliyi kiçiltməklə böyütmək canlı yayım aparıcılarının əlində heç nədir.

Özgə vaxt olsaydı AzTV alıcı quş kimi olimpiadanın yayımlarını əlinə alardı. Bu dəfə qardaşına ötürdü. Olimpiadanın açılış törənini ilk dəqiqələrdə axmaqcasına ITV-də izlədim. Başda aparıcıların səsi eşidilmədi ki, eşidilmədi. Handan-hana efir rejissoru danışanların səsini normal səviyyəyə çatdırdı. Aparıcılarsa sanki zorən bu işə cəlb olunmuşdular. Əslində efir mənim bəyəndiyim aparıcılardan birinə tapşırılmışdı. Amma onlar adi tamaşaçı səviyyəsindəydilər. Mən aparıcıların səsində, təqdimatında bir balaca olsun təntənə, sevinc görmədim. Olimpiadada Azərbaycan bayrağını legioner idmançı aparırdı. Ilham Əliyev “xalqın xidmətçisi olduğunu” unudub bahalı legionerlərə baxmaq üçün Soçiyə getməyə vaxt tapmışdı. Deyəsən açılışa gecikmişdi. Hər halda onu Sarkisyan qədər göstərmədilər. Əliyevi Rusiyada Sarkisyan qədər sevmirlər - bu da səbəb ola bilər. Bu arada ITV-nin aparıcılarının “milli damarı” tütmuşdu. Guya başları söhbətə qarışdı, erməni idmançılarını “görmədilər”, tədqim etmədilər. Bakıdan qıraqda, böyük, kiçik Eurovisionlarda “beynəlmiləl”, “tolerant”, “sivil insan” olub ermənilərlə partilərə getmək, viski içmək nə, protokol qaydalarını pozaraq olimpiadaya qatılan Ermənistan komandasının adını çəkməmək nə. Hətta mənə elə gəldi ki, Soçidə açılış şousunda sonuncu-beşinci qar dənəciklərinin olimpiada halqasına çevrilməməsinin günahkarı da Ictimai televiziyadır. Çünki “qar”ın “halqa”ya çevrilməməsi bizim aparıcıları çox əyləndirdi. Hətta xoşbəxt oldular. Olimpiadanın açılışının böyük dünya bayramına çevrilməsini isə Rusiya kanalında gördüm. Efirdə əsl bayram ovqatı vardı. Biz sadə insanlar o bayramı min kilometrlərlə uzaqdan izlədik. Lojalarda əyləşənlərə, arenada irəliləyənlərə bxdım, anladım ki, olimpiadalar iradəli insanların fiziki gücünə güvənib pul qazanması, ölkələrin tanıması və özünü “xalqın xidmətçisi” adlandıran ölkə başçılarının ailə üzvləri ilə birgə köhnə dostlarla görüşməsi, birgə istirahət edib əylənməsi üçün düşünülmüş vasitədir. Olimpiadadan xalqa yalnız izlədiyi şou qalır. Olimpiadalar, Eurovisionlar, Kristall hollda, H.Əliyev mərkəzindəki konsertlər millətlər, xalqlar üçün deyil, “xidmətçi” adının arxasında daldalananlar üçündür. Hətta türk sənətçisi Murad Bozun konsertinə də yalnızca özlərinə “xidmətçi” adı qoyub ölkəni çapıb talayanların arvadları, qızları gedə bilər. Özü də arvadlar dövlət nömrə nişanlı maşınlarla, qızlar şəxsi “araba”larıyla. Dünən keçmiş “xidmətçi”lərdən birinin adını daşıyan sarayın kassasına yaxınlaşıb Muradın konsertinə bilet almaq istədim. Yaxşı yerin qiyməti 290 manat. Mənim bir aylıq maaşım qədər. Xidmətçilərin üç aylıq maaşı qədər. Konsert ay yarım sonra olacaq, nisbətən ucuz biletlər çoxdan “satılıb”. Ən ucuz bilet 30 manatdır sonuncu iki sırada ən qıraq yerlər. O yerlərdə 30 manat verib oturmaqdansa Murada teleekran qarşısında “çay, ləbləbi ilə” baxmaq xeyli ucuz və sərfəlidir. Şaxtada yanaqları allanan “xidmətçi”lər Soçidə viski içər, soyuqdan büzüşən xalqsa Sədərəkdə, Binədə dəmi qaynamış çaya qane olar./azadlıq/
1208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09
05 dekabrda gözl