Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2014

Rusiyada kilsəyə silahlı hücum: 2 ölü, 6 yaralı

Rusiyanın Saxalin adasında yerləşən Xristian Pravoslav baş kilsəsində iki adam öldürülüb, 6 adam yaralanıb.

Yerli kilsə rəhbərliyi bildirir ki, fevralın 9-da silahlı şəxs içəri daxil olub və atəş açıb. Hadisə nəticəsində bir rahibə və dini icmaya mənsub şəxs ölüb. Bazar günü xidmətində olan 6 adamsa yaralanıb.

Yerli hüquq-mühafizə orqanları kilsəyə hücum edən şəxsin saxlandığını bildirir. Hücumun səbəbləri məlum deyil.

Federal Araşdırma Komitəsi bildirib ki, kilsəyə hücum edən şəxs Yujno Saxalinsk şəhərində özəl təhlükəsizlik kompaniyasında çalışır.

RIA xəbər agentliyi Rusiya Pravoslav Kilsəsinin regional rəhbəri Arxiyepiskop Tikhon-a istinadən bildirir ki, yaralanlar əsasən ayağından yaralanıb və həyatları üçün təhlükə yoxdur. (azadliq.org)
1591 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP