Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2013

Gəncədə qara çörəkdən alıcılar razı deyillər

Gəncədə çörək istehsalında problemlər var. Pəhriz adı ilə istehsal edilən qara çörəkdən alıcılar razı deyillər. Çörəyin tərkibinə ayrı-ayrı maddələrin qatılması insanlarda narahatlıq doğurur.

Tərkibi saxtalaşdırılan çörəkdən uzun müddət istifadə mədə-bağırsaq sistemində ciddi fəsadlar və pozuntular yaradır. Hətta zəhərlənmə halları belə baş verir.

Azərbaycan Dövlət Aqrar Universitetin Qida Məhsulları Mühəndisliyi Ekspertiziası Kafedrasının müdiri Hasil Fətəliyev müxbirimizə deyib ki, son zamanlar digər istehsal sahələrində olan saxtakarlıq çörək istehsalında da artıb və bu da insanların səhəti üçün ciddi problemlərə yol açır. Pəhriz çörəyi kimi tanınan qara çörəyin rəngini tündləşdirmək məqsədi ilə süni kimyəvi maddələrdən istifadə qətiyyən düz deyil və bu ağır fəsadlara gətirib çıxara bilər. Qara çörəyin tərkibi çovdar unu, ikinci növ qara un, maya, duz və ədviyyatdan ibarət olmalıdır. Ən böyük problem isə istehsalçıların mütəxəssislərlə əlaqəsinin zəif olmasıdır.

Araşdırm zamanı məlum olub ki, Gəncədə yalnız şəhərin Totanlı küçəsində yerləşən bir sexdə qara çörək bişirilir. “Xan”,”Minsk”,”Rusiya”,”Kəpəkli”,”Pəhriz” və başqa çeşidlər alıcıların daha çox təlabat duyduğu çörəklərdir.

Sexin texnoloqu Maqsud Əliyev bildirib ki, bizdə bişirilən qara çörəyin tərkibi çovdar və buğda unu, duz, su və mayadan ibarətdir və sexdə 500 qramdan 850 qramadək 15 çeşiddə qara çörək bişirilir. Avadanlıq Türkiyədən gətirilib və "Kumkaya" şirkətinə məxsusdur. İstehsal isə tam mexanikləşib, son prosesə qədər çörəyə insan əli dəymir. Yalnız qablaşdırma əllə həyata keçirilir.(SalamNews)
1239 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37