Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2013

Pley-off oynayacaq komandalar bəlli olub

Braziliyaya gedəcək və pley-off oynayacaq komandalar bəlli olub
Ötən gün baş tutan 26 oyunla "DÇ-2014"ün seçmə mərhələsinə yekun vurulub.

SalamNews xəbər verir ki, gələn ilin iyununda Braziliyada təşkil olunacaq dünya çempionatına Avropa zonasından birbaşa vəsiqə qazanan komandaların adları müəyyənləşib. Seçmə mərhələni lider olaraq tamamlayan 9 komanda - İspaniya, Hollandiya, Belçika, İtaliya, Bosniya və Hersoqovina, Almaniya, İsveçrə, Rusiya və İngiltərə yığmaları mundiala birbaşa vəsiqə əldə ediblər. Danimarka millisi isə seçmə mərhələnin ən yaxşı ikinci komandası kimi dünya çempionatında iştirak etmək hüququ qazanıb.

Avropa zonasından Braziliyaya gedəcək növbəti 4 komandanın taleyinə isə pley-off oyunlarından sonra aydınlıq gələcək. "Pley-off" mərhələsində oynayacaq komandalar bunlardır: Fransa, Portuqaliya, Xorvatiya, İsveç, Yunanıstan, Ukrayna, Rumıniya və İslandiya.

Pley-off mərhələsinin oyunları noyabrın 15-19-da keçiriləcək.
1627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP