Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

“Xəzər-Lənkəran”-“Neftçi” oyunu yenə qalmaqalla bitdi

Bu gün keçirilən iki oyunla Topaz Premyer Liqasında XX tura yekun vurulub. Əyalətdə baş tutan qarşılaşmaların heç birində meydan sahibləri qalib gələ bilməyiblər.

İlk görüş Zaqatalada reallaşıb. “Simurq”un qonağı olan “Bakı” Rauf Əliyevin ilk yarıda vurduğu qolla qalib gəlib. Xalını 33-ə çatdıran paytaxt təmsilçisi liderləri izləməkdə davam edir.

Digər qarşılaşma əzəli rəqiblər - “Xəzər Lənkəran” və “Neftçi” arasında baş tutub. Lənkəranda keçirilən oyun 4 qol və 3 qırmızı vərəqə ilə əlamətdar olub.

Mustafa Dənizlinin gəlişindən sonra uduzmayan cənublular məğlubiyyətdən son anda qurtulublar. Belə ki, qonaqlar matçın gedişində 2:0 öndə olsalar da, qələbə hesabını qoruya bilməyiblər. Meydana sonradan daxil olan Junior Nildo 90, Adrian Skarlatake isə 90+2-ci dəqiqədə fərqlənib.

Yeri gəlmişkən, bərabərlik qolundan sonra Lənkəran stadionunda ara qarışıb. Nəticədə, son dəqiqələrdə qonaqların futbolçusu Tərlan Quliyevə qırmızı vərəqə göstərən baş hakim Rəhim Həsənov əlavə vaxtda Bruno Bertuççi, Karlos Kardoso və Ağabala Ramazanovu da meydandan qovub./apasport/



1474 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...