Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

"Mən dünyada ən normal baş nazirəm"

Danimarka baş naziri Törninq-Şmitt baş nazirlik binasında yox, şəxsi evində yaşayır.

Helle Törninq-Şmitt məşhur qəzetə verdiyi müsahibədə dünyada ən normal həyat yaşayan baş nazir olduğunu dilə gətirib.

Baş nazir ötən həftə paytaxt Kopenhagendəki evinin önündə qarı kürəklə təmizləyərkən qonşusunun çəkib yaydığı şəkilə aydınlıq gətirib. Şmitt bildirib ki, uşaq baxıcısı və ya xidmətçisi yoxdur. Paltar yumağı, gündəlik alış-verişi özü edir, sıravi Danimarka vətəndaşı kimi yaşayır.

Məşhur ingilis siyasətçisi Kinnok ailəsinin oğlu Stefen Kinnok ilə evli olan baş nazir Törninq-Şmitt ərinin həftə içi işi səbəbiylə Londonda olduğu üçün gündəlik işləri özünün etdiyini və bundan da zövq aldığını söyləyib.

Qeyd edək ki, "Financial Times"a açıqlama verən Törninq-Şmitt baş nazirlik binasında yox, şəxsi evində yaşadığını bildirib./ans/
1395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber