Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

İran nüvə danışıqlarında yeni razılaşmalar əldə edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) aparılan danışıqların növbəti raundunda İranla 7 bənddən ibarət yeni razılaşmaya nail olunub

İnterAz-ın İran KİV-lərinə istinadən verdiyi xəbərə görə, İranın nüvə proqramına dair tərəflər arasında danışıqların növbəti raundu “noyabr razılaşmalarını” genişləndirərək uğurla başa çatıb. Fevralın 8-də razılaşdırılması başlayan yeddi bənddən ibarət şərtlər fevralın 9-da tam şəkildə razılaşdırılıb. İran razılaşıb ki, AEBA mütəxəssislərini Səqanddakı uran yatağına, Ərdakanda zənginləşdirmə cihazına və Laşkar Abadda lazer mərkəzinə buraxacaq.

Qəbul olunan razılaşmanın 3 ay ərzində həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edilir ki, AEBA rəsmiləri danışıqlardan razı qalıb və ötən ilin noyabrında əldə olunan razılıqların genişləndirilməsini yüksək dəyərləndiriblər. Xatırladaq ki, ötən ilin noyabrında İran sanksiyaların yumşaldılması əvəzinə uranın 20 faiz zənginləşdirilməsini 6 ay müddətinə dayandırıb.

Rusiya, ABŞ, Fransa, Almaniya, Çin və Böyük Britaniya təmsilçiləri ilə aparılan nüvə danışıqlarının növbəti raundu 18 fevral 2014-cü il tarixində keçiriləcək.
1309 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi