Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Tələbələr etiraz aksiyasına hazırlaşır

Nazirlər Kabinetinin qərarı ölkəni qarışdıra bilər
Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında” Qərarı etirazla qarşılanıb. Məlumatlara görə, tələbələr fevralın 20-də Bakı Dövlət Universitetinin həyətində etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Fevralın 15-də qüvvəyə minəcək qərara əsasən, hər hansı bir fəndən kəsiri olan tələbə əvvəlki illərdən fərqli olaraq, oturduğu alt qrupda həmin kəsiri ödəmək üçün müəyyən məbləğ ödəməlidir. Qərarla razılaşmayan tələbələr də bu əlavə ödənişə etiraz edirlər.
Hətta tələbələr “facebook” sosial şəbəkəsində “Kəsir üçün pul verməyək” adlı qrup yaradaraq çağırış mesajı yayıblar.

Tələbələrin əksər qisminin maddi baxımdan imkansız olduğunu dönə-dönə vurğulayan qrup iştirakçıları bu qərarı ədalətsiz hesab edirlər.

Muxtar Gözəlov adlı iştirakçı belə bir status da paylaşıb: “Ayın 15-i altdan dərs almaq üçün ərizə yazmalıyıq. Mən ayın 15-nə qədər o qədər pul düzəldə bilməyəcəm!”
Gənc Siyasətçi adlı “facebook” istifadəçisi isə belə bir status yazıb: “ Deyəsən, Mikayıl Cabbarov istefa verməli olacaq...”

Qeyd edək ki, aksiyaya çağırış qrupunda təkcə BDU-nun yox, digər universitetlərin tələbələri də var.

Aksiyaya qoşulan BDU tələblərindən biri Hüseyn Qarasulu da qərarla bağlı bunları dedi: “Tələbələr Nazirlər Kabinetinin qərarını haqlı olaraq ədalətsiz sayırlar və aksiya keçirməyi planlaşdırırlar. Tələbələrin ”Kəsr üçün pul verməyək" adlı aksiyasını tam dəstəkləyirəm. Bu vaxta qədər alt qrupda oturmağa görə pul ödəmirdik və bundan sonra da ödəməməliyik. Bu qərar tələbələri soymağın bir üsuludur. Maddi durumları ağır olan tələbələrin vəziyyəti daha da ağırlaşacaq. Bir tələbə olaraq bu qərara etiraz edəcəyəm. Bizim addımımız heç bir siyasi məqsəd güdmür. Sadəcə alt qrupda pul almaq haqqında qərarın ləğv olunmasını tələb edirik".

Məsələ ilə bağlı açıqlama verən BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bunları bildirdi: “Bu qərarı BDU rəhbərliyi deyil, Nazirlər Kabineti və Təhsil Nazirliyi verib. Universitetin bu məsələyə aidiyyəti yoxdur. Aksiyanın BDU-nun həyətində olması absurddur. Biz icraçı qurumuq”./musavat/
1326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı