Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Dünyanın ən qədim insan DNT-si tapıldı!

İspaniyada edilən arxeoloji qazıntılarda tapılan bir sümükdən əldə edilən DNT-nin 400 min il əvvəl yaşamış bir Denisova insanına aid olduğu təsbit edildi. İndiyə qədər tapılan ən qədim insan DNT-si 70-80 min il əvvəlinə söykənir.

Mütəxəssislər əldə etdikləri tapıntıların Neandertallardan daha qədim tarixə malik olduğunu təsbit etdi. Mövzu haqqında açıqlama verən mütəxəssislər "Bu kəşf Neandertalların təkamülünü anlamağa kömək ola bilər. Bizim növümüz və digər təkamül keçirən növlər arasındakı əlaqəni bundan təxminən yarım milyon il geriyə gedərək anlaya bilərik." dedilər.

Beynəlxalq bir qrup, DNT-nin əldə edildiyi omba sümüyünü İspaniyada 'Sümük Çuxuru' adı verilən bir mağarada 1990-cı illərdə tapmışdı. İlk dəfə 2010-ci ildə Sibirdəki Denisova Mağarasında olan qalıqlarla bənzərlik göstərən yeni DNT insanların atasının çıxış nöqtəsi olaraq Afrika yerinə Sibirin olduğunu işarə edir.
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP