Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2013

Bu gün Dünya Ərzaq Günüdür

Bu gün beynəlxalq aləmdə Dünya Ərzaq Günü qeyd edilir
Hər il oktyabrın 16-sı Dünya Ərzaq Günü kimi qeyd edilir.

SalamNews xəbər verir ki, bu gün 1979-cu ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) konfransında elan edilib. Məqsəd əhalinin dünya ərzaq problemləri barədə məlumatlandırılması, aclıq və yoxsulluqla mübarizədə həmrəyliyin gücləndirilməsidir.

Bu gün həm də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaranma günüdür. BMT-nin Baş Assambleyası 1980-ci ildə qəbul etdiyi xüsusi qətnamə ilə (№ A/RES/35/70) Dünya Ərzaq Gününün hər il keçirilməsini alqışlayıb.

Hər il fərqli mövzulara və problemlərə toxunan Dünya Ərzaq Gününün builki mövzusu “Ərzaq təhlükəsizliyi və qidalanma üçün davamlı ərzaq sistemləri” seçilib. Ərzağın istehsalı və istehlakı prosesinə cəlb olunmuş istənilən proses ərzaq sisteminin bir hissəsi hesab olunur. Bura bitkinin əkilməsi, yığılması, emalı, qablaşdırılması, nəqli, marketinqi, alınması, saxlanması və istehlakı daxildir. Məşğuliyyət, maliyyə, elektrik enerjisi və qidalanma da bu sistemin hissələridir.

Dünya əhalisinin sayının 2050-ci ildə 9 milyarda çatması gözlənilir. Hər kəs üçün kifayət qədər qidanın olmasına əmin olmaq üçün ərzaq sistemlərinin vəziyyəti barədə düşünülməsinə ehtiyac var. BMT hesablamalarına görə, dünyada 870 milyon insan aclıqdan əziyyət çəkir. Kifayət qədər qidalanmama cəmiyyətə çox baha başa gəlir və müxtəlif formalarda təzahür edir: "Dünyada beş yaşından aşağı hər dörd uşaqdan biri aclıqdan əziyyət çəkir. Bu, o deməkdir ki, kifayət qədər qidalanmayan 165 milyon uşaq həyat boyu tam fiziki və əqli inkişafdan geri qalacaq. Təqribən 2 milyard əhali sağlam həyat üçün zəruri olan vitamin və mineral maddələrin çatışmazlığı ilə üzləşib."
1685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19