Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Hizbullah fransız şokoladı satan böyük casus şəbəkəsi aşkarlayıb

Aşkarlanan şəbəkə DAİŞ (İraq və Levantada İslam dövləti) terror qruplaşmasına aid olub

Beyrutun cənubunda Dahiyə məntəqəsində casus şəbəkəsi aşkarlanıb. İnterAz-ın ərəb mətbuatına istinadən verdiyi xəbərə görə, aşkarlanan şəbəkə DAİŞ (İraq və Levantada İslam dövləti) terror qruplaşmasına aid olub.

Mətbuatın yazdığına görə, Hizbullahın təhlükəsizlik sistemi bir ildən artıq şəbəkəni izləyib. Məlum olub ki, Səudiyyə Ərəbistanı Kəşfiyyat idarəsi Fransanın brend şokolad və şirniyyat firmalarından birindən nümayəndəlik alaraq qeyd olunan ərazilərdə DAİŞ-in gizli fəaliyyəti üçün şərait yaradıb. Həbs olunanlar Livanın Milli Ordusunun kəşfiyyat idarəsinə təhvil veriliblər. Onlar Səudiyyə Ərəbistanı ilə olan əlaqələrini və Hizbullahın yerləşdiyi Dahiyə məntəqəsində törədilən terror aktlarına kömək göstərmək məqsədilə fəaliyyət göstərdiklərini etiraf ediblər.
1262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:14