Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Cəmil Həsənlidən YAP-çı deputata cavab gəldi

“Əli İnsanov elə-belə söz deməz...”

“Bu, bizim işimiz deyil, onun dediklərini hüquq-mühafizə orqanları araşdırmalıdır”. Bunu modern.az-a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmədə dediyi “Məni öldürmək istəyirlər” fikrinə münasibət bildirərkən deyib.

S.Novruzov Ə.İnsanovun məhkəmədə Milli Şuranın sədri Cəmil Həsənli ilə söhbətində hakimiyyət haqqında deyilən “Bu iqtidarın axırına az qalıb” fikrinə də münasibət bildirib. YAP-çı deputat deyib ki, əksinə, Cəmil Həsənli ilə Əli İnsanovun sonuna az qalıb.
Qeyd edək ki, Əli İnsanov fevralın 7-də Bakı Apelyasiya Məhkəməsinin iclas zalına gətirilərkən Cəmil Həsənli onunla qısamüddətli də olsa görüşə bilib. Əli İnsanov C.Həsənliyə “bu iqtidarın axırına az qalıb” deyib. Daha sonra Əli İnsanov məhkəmə prosesinin davam etdiyi zaman şüşə arxasından olduqca ciddi iddia ilə çıxış edib: “Məni öldürmək istəyirlər”.

Eks-nazirin bu cür bəyanatla çıxış etməsinin ardınca hakimiyyət deputatının Cəmil Həsənli ilə Əli İnsanovun sonuna az qaldığını deməsi ortaya suallar çıxarır. Bu, sadəcə bir cavab, yoxsa hansısa hazırlıqlardan xəbər verən açıqlama hesab edilə bilər?

Məsələ ilə bağlı Cəmil Həsənli ilə danışdıq. O, Siyavuş Novruzovun fikirlərini ciddiyə almadığını dedi: “Mən onun qeyri-ciddi fikirlərini, yanaşmalarını şərh eləmək fikrində deyiləm. Yəni Siyavuş elə adam deyil ki, mən onun sözünə ciddi yanaşım və onun hansısa fikrinə əhəmiyyət verim”.

C.Həsənli Əli İnsanovun “Məni öldürmək istəyirlər” bəyanatının hansısa təhlükədən xəbər verib-vermədiyinə isə belə münasibət bildirdi: “Əli İnsanov həmin fikirləri söyləyəndə mən içəridə olmamışam. Ona görə də mənim üçün çətindir dəqiq fikir söyləmək. Yəqin ki, o, nəyəsə söykənərək danışıb. Əli İnsanov elə-belə söz deməz. Yəqin ki, nəyisə hiss edir, yaxud nə isə var ki, o, belə bir bəyanat səsləndirib”. /Musavat/
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı