Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Ərdoğanın müavininin tapançası

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın AKP-də (hakim Ədalət və İnkişaf Partiyası) müavini Nürəddin Canikli tədbirdə şəxsi silahı ilə iştirak edib.

Canikli Giresun vilayətində bələdiyyə seçkisinə namizədlərin təqdim etmə mərasimində iştirak edib. Namizədləri təbrik edən Nürəddin Canikli 30 mart günü (bələdiyyə seçkisinin ertəsi gün) Türkiyədə yenidən bayram havası olacağını qeyd edib.

Çıxışı vaxtı müxalifət lideri Kamal Kılıçdaroğlunu da tənqid edən Canikli, onun hakimiyyət üçün şeytanla ittifaq qura biləcəyini qeyd edib.

Çıxış edərkən qolunu havaya qaldıran Canklinin pencəyinin altından, şalvarının belinə taxdığı tapança da görünüb və foto müxbirlər onun şəklini çəkiblər. /ans/
1510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!
23.04.17, 17:09