Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

“ABŞ-ın yeni sanksiyaları cavabsız buraxılmayacaq”

Abbas Əraqçı: “ABŞ-ın yeni sanksiyaları cavabsız buraxılmayacaq”

İranla “altılıq” ölkələri arasında nüvə sahəsində yekun razılaşmanın əldə olunması üçün fevralın 17-də Vyana şəhərində növbəti müzakirələr başlayacaq.

“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, Cenevrə razılaşması nüvə müzakirələrinin ən uzağı bir il davam etməsinə imkan verir: “Ancaq qarşı tərəf yaxşı niyyət və iradə göstərdiyi təqdirdə, nüvə problemi bir neçə ay müddətində həll edilə biləcək”.

A.Əraqçı İranın AEBA və ya “altılıq” ölkələri ilə apardığı nüvə danışıqlarının məqsədlərinin ayrı olduğunu, ancaq hər iki müzakirənin müsbət və ya mənfi təsirləri olacağını da deyib.

Nazir müavini ABŞ rəsmilərinin bu il yanvarın 20-də qüvvəyə minmiş Birgə Fəaliyyət Planı ilə bağlı mövqeyini də qiymətləndirib: “Cenevrə razılaşması ABŞ-la əlaqələrin normallaşması üçün əldə olunmayıb. Bu nüvə razılaşması İranla Qərb arasında dostluq anlaşması da deyil. İranın ABŞ-la bağlı mövqeyi dəyişməyib. Rəsmi Tehranın Fələstin, Suriya, Yaxın Şərq, insan haqları, təcavüzkarlıq və onlarla mövzuda bu ölkə ilə problemləri var. İranın gözündə ABŞ hələ də “böyük şeytan”dır. İran müstəmləkəçiliyi qəbul etmir və ABŞ imperializminə qarşı siyasətini davam etdirəcək. Bu gün ABŞ prezidenti, dövlət katibi, dövlət katibinin müavini və maliyyə nazirinin İrana yönəlik düşməncə açıqlamaları onların gücsüzlüyündən qaynaqlanır. Çünki ABŞ Konqresinə və ölkə ictimaiyyətinə cavab vermək durumundadırlar”.

A.Əraqçı deyib ki, İran ABŞ-ın təzyiq etməsinə icazə verməyəcək və bu ölkənin yeni sanksiyaları cavabsız buraxılmayacaq.
1216 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber