Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Hər il Azərbaycanda 40-60 uşaq intihar edir

Hər il Azərbaycanda müxtəlif yaşlarda 40-60 uşaq intihar edir və daha çox sayda uşaq intihara cəhd edir. Bu barədə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov uşaq hüquqları ilə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı məlumat verib.
O bildirib ki, ötən il intihar edən ən kiçik uşağın 9 yaşı olub. N.Seyidovun sözlərinə görə, intihara cəhdlə bağlı ölkədə doğru statistika yoxdur və toplanılmır. O vurğulayıb ki, əgər bununla bağlı daha düzgün statistika aparılsa, vəziyyətin daha acınacaqlı olduğu ortaya çıxar:
"Hər il depressiya, həyəcan və digər psixi pozuntulardan minlərlə uşaq və yeniyetmə əziyyət çəkir, o cümlədən minlərlə uşaq cinayət əməlləri, zorakılıq və məişət zorakılığının şahidi olur. Son 2 il ərzində 300-ə yaxın uşaq müxtəlif zorakılıq halları ilə üzləşib. Yalnız Bakı şəhəri üzrə son 2 il ərzində 40-a yaxın uşaq cinsi zorakılıq və istismara məruz qalıb"./apa/
1386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09