Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

İraq ordusu əyalətlərdə 300 əcnəbi terrorçunu məhv edib

İraq ordusu ölkə ərazisində apardığı əməliyyatlarda "İraq və Şamda İslam Dövləti" (DAİŞ) qruplaşmasının 800 üzvünü məhv edib.

İraq təhlükəsizlik mənbələri ölkədə DAİŞ-in gücünün və maliyyə dəstəyinin kəskin şəkildə azaldığını bildirib.

Bu mənbələrin məlumatında ordunun son üç ay ərzində apardığı hərbi əməliyyatlarda öldürülən 800 DAİŞ üzvündən 300-nün digər ərəb ölkələrindən İraqa girən terrorçular olduğu deyilir.

Bildirək ki, hazırda DAİŞ-in Suriya və İraqda mərkəzi hakimiyyətə qarşı vuruşur. Qruplaşmanın Suriyadakı üzvlərinin sayı 10 mini keçir. İraqda isə DAİŞ əsasən ölkənin İordaniya, Səudiyyə Ərəbistanı və Suriya sərhədində yerləşən əl-Ənbar əyalətində fəaliyyət göstərir. Ölkədə törədilən terror aktlarının əksəriyyəti bu qruplaşma tərəfindən həyata keçirilir./SumariaNews/
1397 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber