Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

"ABŞ-ın Suriya ilə bağlı planları fiaskoya uğrayıb"

Bəşşar Əsədin müşaviri: "ABŞ-ın Suriya ilə bağlı planları fiaskoya uğrayıb"

Suriya prezidenti Bəşşar Əsədin siyasi məsələlər üzrə müşaviri Buthaina Şaban İranın "Əl-Aləm" telekanalına müsahibəsində ölkəsinin üzləşdiyi böhranla bağlı maraqlı açıqlamalar verib. Buthaina Şaban bildirib ki, hazırda Cenevrə danışıqlarında Suriya müxalifətini təmsil edən insanların heç nədən başı çıxmır.

O həmçinin əlavə edib ki, Cenevrədəki müzakirələrdə Rusiyadan başqa digər ölkələr Suriya hökuməti ilə düşmən mövqelərini ortaya qoyublar. Bəşşar Əsədin müşaviri İranla Amerika arasında son zamanlar müşahidə olunan yaxınlığı isə belə qiymətləndirib: "İranla Amerika arasında yaxınlaşma ikincinin Suriyaya ayağını qoya bilməməsindən sonra baş verib. Amerika qəbul edə bilmir ki, Suriya ilə bağlı bütün planları fiaskoya uğrayıb."/Faktxəbər/
1295 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP