Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Axtarışda olanın Əfqanıstanda öldürüldüyü məlum olub

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışda olan şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Şəki rayon sakini, 36 yaşlı Azar Yusubov koalisiya qüvvələri tərəfindən öldürülüb. O, terrorçular arasında “Seyfuddin” ləqəbi ilə tanınırmış.

A. Yusubovun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da yerləşdirilib. İnterpolun saytında yerləşdirilən məlumata görə, A. Yusubov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

Qeyd edək ki, apa bir neçə gün əvvəl də İnterpol xətti ilə axtarışda olan daha bir azərbaycanlının Suriyada öldürülməsi barədə məlumat yayıb. Xudat şəhər sakini olan 39 yaşlı Urfan Ağcabəyov da Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.
1407 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:51