Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Suriyada daha bir azərbaycanlı öldürülüb - Foto

Suriyada Əsəd rejiminə qarşı vuruşan daha bir Azərbaycan vətəndaşı öldürülüb. Bu barədə terrorçulara məxsus saytlar məlumat yayıb.

Bildirilib ki, Əbu Muslim Azəri adlı Azərbaycan vətəndaş bundan öncə Əfqanıstanda vuruşub, burada təcrübə keçdikdən sonra Şama gəlib. Burada isə Bəşər Əsədə qarşı vuruşarkən öldürülüb.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./Azvision/


1356 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP