Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Rusiya Qarabağı müstəqil ölkə kimi tanımalıdır

“Rusiya “Dağlıq Qarabağ Respublikası”nı müstəqil ölkə kimi tanısa, digərləri də səssiz qalmayacaqlar”.

Bunu ukraynalı politoloq Viktor Ukalov avstriyalı avroparlamentari Evald Ştatlerin açıqlamasını Feysbukda cavablandırarkən deyib.

O, hər kəsdən öncə Rusiyanın Qarabağı tanımaq məcburiyyətində olduğunu deyib: “Rusiya bölgəyə təsir edən ən mühüm ölkə kimi Dağlıq Qarabağın müstəqilliyinin tanımalıdır. Bundan sonra digər ölkələr də münaqişə ilə bağlı öz mövqeylərini ortaya qoyacaqlar”.

Qeyd edək ki, bir müddət öncə avstriyalı deputat Evald Ştadler Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının vacib olduğunu bildirmişdi. O, bununla əlaqədar Avstriya Parlamentində Avstriya-“Dağlıq Qarabağ Respublikası” dostluq qrupunun yaradılması təklifi ilə çıxış edəcəyini söyləmişdi.

Məlumat üçün bildirək ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun nizamlanmasının tərəfdarıdır./axar/
1357 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25