Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2013

Londonda terror şübhəlisi azərbaycanlı kimdir?

Britaniya polisi ötən gün Londonda həbs edilmiş terror şübhəlilərinin, o cümlədən azərbaycanlının dindirilməsini davam etdirir, polis deyib.Londonun Whitechapel, Bayswater və Peckham rayonlarında keçirilmiş anti-terror əməliyyatı nəticəsində həbs edilmiş dörd nəfərdən biri əslən azərbaycanlı olan Britaniya vətəndaşıdır.

Publika.Az BBC-yə istinadən xəbər verir ki, 28 yaşlı azərbaycanlıya və digər şübhəlilərə qarşı hələlik heç bir ittiham irəli sürülməyib və bu səbəbdən onların adları hələlik açıqlanmır.

Əslən azərbaycanlı olan Britaniya vətəndaşı bazar günü Londonun qərbindəki Westbourne Grove ərazisində tutulub.Şübhəlilər terror aktının hazırlanmasında və ya qızışdırılmasında şübhəli bilinir.Londonun şərqində həbs olunmuş iki nəfərdən biri 25 yaşlı türk əsilli Britaniya vətəndaşı, digəri isə 25 yaşlı Əlcəzair əsilli Britaniya vətəndaşıdır.

Dördüncü kişi isə 29 yaşlı, Pakistan əsilli Britaniya vətəndaşıdır və o, Londonun cəniub-şərqindəki Peckham ərazisində həbs olunub.London polisi - Scotland Yard bildirib ki, bu şəxslər terror aktlarının hazırlanmasında və belə aktlara təşviq etməkdə şübhəli bilinənlərə dair 2000-ci il Britaniya qanununa əsasən həbs olunublar.

Silahlı polis adı çəkilən paytaxt rayonlarında 6 ünvana reyd keçirib.Şahidlər deyiblər ki, polislər mülki geyimlərdə olsalar da, başlarındakı beysbol kepkalarında xüsusi emblem olub.

Təkcə bu il Britaniyada terror işləri ilə əlaqədar dörd məhkəmə prosesi olub. Müttəhimlər böyük terror aktları planlaşdırdıqlarına görə uzunmüddətli həbsxana cəzalarına məhkum ediliblər.2001-2013-cü illər arasında Britaniyada terror maddəsi ilə 330 nəfər məhkum olunub.

Britaniya hökuməti narahatdır ki, Suriyanın qanlı döyüş meydanlarında təcrübə toplamış cihadçılar ölkəyə qayıtdıqdan sonra qanunsuz hərəkətlərə əl ata bilərlər.
1586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber