Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Fərhad Əliyevin hansı ölkədə olduğu gizli saxlanılır

Həbsdən çıxandan sonra Azərbaycanı tərk edərək Böyük Britaniyaya gedən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev hələ ölkəyə qayıtmayıb.

Məlumatı Fərhad Əliyevin yaxınları veriblər.

Onlar qeyd ediblər ki, keçmiş nazir ailəsi ilə birlikdə xarici ölkələrdən birindədir, amma ölkənin adını açıqlamayıblar. Eyni zamanda Fərhad Əliyevin Azərbaycana nə zaman qayıdacağı haqda məlumat verməkdən imtina ediblər.

Yaxınları Fərhad Əliyevin Azərbaycanı birdəfəlik tərk etməsi haqda deyilənlərə də aydınlıq gətirməyiblər.

Xatırladaq ki, 2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. Keçmiş nazir həbsdən çıxdıqdan bir müddət sonra Londona gedib. Onun oğlu Yusif London İqtisadiyyat Məktəbində təhsil alır./mediaforum/
1280 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56
“Akula Ak