Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

İran Mübariz İbrahimov haqqında film hazırladı

İranın “Nasr” televiziyasının hazırladığı video çarx Qarabağın işğalı və Mübariz İbrahimovun şücaətinə həsr edilib.

Sözügedən video çarxda ermənilərin Azərbaycan torpaqlarına, tarixi abidələrimizə qarşı vandalizm faktları göstərilib.

Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edilən qısametrajlı bu film ingilis dilində hazırlansa da, subtitrlər türkcə yazılıb.

Qeyd edək ki, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

 

 

 

1428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı